Ukrayna prezidenti Vladimir Zelenski xalqı silahı buraxıb, ruslara təslim olmağa çağırdı.
Hafta.az-ın yazdığına görə, Ukraynanın dövlət başçısının bu müstəvidə videomüraciəti ölkənin yerli telekanallarından olan "Kanal 24"də yayımlanıb. Videomüraciət bir çoxlarında çaşqınlıq yaratsa da, araşdırma nəticəsində müraciətin saxta olduğu üzə çıxıb.
Amerikanın araşdırma institutlarından olan "Atlantic Council"in məlumatına görə, rusiyalı və ya ruspərəst hakkerlər Ukraynanın adıçəkilən milli telekanalına hücum ediblər. Əslində dünən meydana gələn həmin olayda, guya Zelenskinin təslim olduğunu nümayiş etdiriblər.
Vedioda xaki rəngli, uzunqol köynək geyinmiş və "prezident olmağın o qədər də asan olmadığı aydınlaşdı" deyən "Zelenski", sözünə ukraynalıları silahı yerə atmağa çağıraraq, “Təslim olmağın zamanı gəldi. Bu müharibədə uğursuz olduğum aşkardır. Donbasa qayıtmağa qərar verdim”, - deyə əlavə edir.
Amma araşdırmalar sübut edib ki, videoda Zelenskinin başı başqa bir bədənə montaj edilib. Adi baxışda oxşarlıq mükəmməl görünsə də, araşdırmada başın mövcud bədənə görə xeyli böyük olduğu üzə çıxıb.
Hazırda həmin videonu hazırlayan hakerlərin təsbit edilməsi istiqamətində iş gedir.